Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 239 min ABŞ dolları dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 14.4% və ya 130 min 187 ədəd, dəyər baxımından isə 21% və ya 50.1 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 239 milyon 116 min dollar dəyərində 906 min 676 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 474 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 448 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (811 340 ədəd), Vyetnamdan (161 684 ədəd), Hindistandan (59 496 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 150 ədəd ) gətirilib. Bu məhsul Çindən 450 manata, Vyetnamdan 586.5 manata, Hindistandan 406 manata, Amerika Birləşmiş Ştatlarından isə 1920 manata idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 176.5 min ABŞ dolları dəyərində 944 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (354 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 317.8 manat təşkil edib.
© APA / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?