Azərbaycanda 10 BOKT-un mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 21-nin ötən il (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar, "Kəpəz", "İDK", "Optimal Finance", "İnkişaf üçün maliyyə", "International", "Asel Kredit", "PSG Finans", "MJ Financial Services", "Premier Kredit", "City Finance", "Qafqaz Kredit", "İdeal Kredit", "Avrasiya-Kredit", "TBC Kredit", "Kredex", "FİNKA Azərbaycan", "Finoko", "Pro-Kredit", "Viator Mikrokredit Azərbaycan", "MCB" və "Azəri Star Mikromaliyyə" BOKT-lardır. Ən yüksək dinamika "Kəpəz"də (18 dəfə), ən aşağı dinamika isə "Azəri Star Mikromaliyyə"də (8%) qeydə alınıb.
10 BOKT-un – "Embafinans", "M Bulak", "Aqrarkredit", "Finans Kredit", "Merkuri", "Kredit Servis", "Regional", "Brand Credit", "Falcon Finance" və "TCF"in isə (xalis) mənfəəti azalıb. Ən çox azalma "Embafinans"da (5%), ən az azalma isə "TCF"də (67%) qeydə alınıb.
1 BOKT-un – "Effektinvest"in (xalis) mənfəəti dəyişməyib.
8 BOKT-un – "Caspian İnvest", "Azinvestkredit", "FNC", "Birkart", "Azərbaycan Mikro-Kredit", "Finans İnvest", "Finex Kredit" və "SF Azerbaijan"ın (xalis) zərəri artıb, 4 BOKT-un – "Azkredit", "İcraçı Kredit Agentliyi", "Prior Credit" və "Para"nın isə (xalis) zərəri azalıb.
4 BOKT – "Azpul", "Fintrend", "Kredaqro" və "Nas Project" 2022-ci ili (xalis) mənfəətlə, 2021-ci ili (xalis) zərərlə, 2 BOKT - "Azfinans" və "Azmikroinvest" ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, 1 BOKT-un - "Finkapital"ın 2022-ci ildə mənfəəti olsa da, 2021-ci ildə nə mənfəəti, nə də zərəri olmayıb, 1 BOKT-un - "Aset Maliyyə Texnologiyaları"nın isə ötən il zərəri olsa da, əvvəlki il nə mənfəəti, nə də zərəri olmayıb. Odur ki, bu kredit təşkilatlarının (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
6 BOKT-un ötənilki (xalis) mənfəəti 2,5 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 15-i ötən ili zərərlə başa vurub.
Bunlar, "Azfinans", "Azmikroinvest", "FNC", "Azəri Star Mikromaliyyə", "Caspian İnvest", "Aset Maliyyə Texnologiyaları", "Finans İnvest", "İcraçı Kredit Agentliyi", "Azinvestkredit", "Birkart", "Azərbaycan Mikro-Kredit", "Prior Credit", "SF Azerbaijan", "Finex Kredit" və "Para" BOKT-lardır. Zərərin ən yüksək həddi "Para"da 1,825 milyon manat), zərərin ən aşağı həddi isə "Azfinans"da (3 min manat) qeydə alınıb.
Qalan 37 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 6-da bu göstərici 2,5 milyon manatdan çox olub. Bunlar, "PSG Finans" (5,467 milyon manat), "Azpul" (3,541 milyon manat), "FİNKA Azərbaycan" (3,267 milyon manat), "Embafinans" (3,17 milyon manat), "City Finance" (3,06 milyon manat) və "M Bulak" (2,9 milyon manat) və BOKT-lardır.
Qalan 31 BOKT-dan 8-nin (xalis) mənfəəti 1-2,5 milyon manat arasında, 14 BOKT-un (xalis) mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 9 BOKT-un (xalis) mənfəəti isə 100 min manatdan azdır.
© "Renkinq" / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bill Qeyts kimdir?
5 liderlik göstəricisi
"iPhone 15" modelinin üstünlükləri
SMM nə deməkdir?
Bitcoin necə işləyir?