Azərbaycanda 50 milyard manatlıq istehsal

Azərbaycanda 50 milyard manatlıq istehsalDövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. 
Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artmışdır.
ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır.
Sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 31,0 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı
2,1 dəfə, əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 7,7 faiz, içkilərin istehsalı 5,6 faiz, tütün məmulatlarının istehsalı 4,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7 faiz, mebel istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,6 faiz artmış, neft məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,8 faiz, hazır metal məmulatlarının istehsalı 9,6 faiz, tikinti materiallarının istehsalı 10,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9 faiz, kağız və karton istehsalı 24,9 faiz, poliqrafiya məhsullarının istehsalı 35,5 faiz, geyim istehsalı isə 47,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.
İnvestisiyalar haqqında
2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsul  istehsalı  sahələrinə, 2236,8 milyon  manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

Maliyyə     Tarix: 13 iyun 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes