Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb, 688 mini keçib

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb, 688 mini keçibDövlət Vergi Xidməti 2022-ci ilin 6 ayında vergi daxilolmaları və digər ödəmələr haqqında məlumatları açıqlayıb.
Vergi daxilolmaları
Marja.az Xidmətə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub, proqnoza 146,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 49,3 faiz və ya 2,1 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 63,4 min manat olub, proqnoza 128,6 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 978 milyon 146,8 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 38,1 faiz və ya 1 milyard 214 milyon 119,1 min manat artıb.
Ödənilən vergilərin 67,8 faizi qeyri-neft-qaz sektorunun, 32,2 faizi isə neft-qaz sektorunun payına düşüb. 
Sosial sığorta ödəmələri
2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz və ya 385 milyon 800,6 min manat artıb, daxilolmalar üzrə proqnoz  236 milyon 627 min manat artıq icra edilib. 
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artaraq 1 milyard 389 milyon 225,2 min manat təşkil edib, proqnoz 119,5 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 77 milyon 35,8 min manat olub, proqnoz 117,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 55,9 milyon manat təşkil edib, proqnoz 126 faiz icra olunub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz artaraq 385,8 milyon manat olub, proqnoz 107 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 54,9 faiz artaraq 259,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 106,2 faiz icra olunub.
Əmək müqavilələrinin sayı
3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 688.011 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8 faiz artıb və 37.029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,4 faiz artaraq 187.680-a çatıb.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 66.339 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur. 

Maliyyə     Tarix: 19 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri