Azərbaycanda bankların aqrar sektora kreditləri 1.5 milyard manatı keçib

Azərbaycanda bankların aqrar sektora kreditləri 1.5 milyard manatı keçib2023-cü ilin sonuna Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin qalıq məbləği 1.5 milyard manatdan çox olub.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü "Aqrobiznesin İnkişafı Forumu"nda bildirib.

Onun sözlərinə görə, bunun ¼ hissəsi dövlət fondlarının, ¾ hissəsi isə bankların öz vəsaitlərinin hesabına verilib.
"İqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərüffatının kreditləşməsinin stimullaşdırılması AMB-nin requlyativ siyasətinin prioritetlərindən biridir", – deyə o qeyd edib.
"Bu ilin yanvar ayında təsdiq etdiyimiz "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" maliyyə sektorunun effektivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı sektorun əlçatanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hədəfləyir.
Strategiya həmçinin aqrar sığorta sisteminin yenidən dizayn edilməsini, bu əsasda alternativ əməliyyat modellərinin müəyyən edilməsini nəzərdə tutur. Ümumilikdə isə, maliyyə sektoru üzrə həyata keçirilmiş tədbirlər maliyyə sektorunun dərinliyini artırıb. 2023-cü ilin sonuna bankların kredit qoyuluşu qeyri-neft-qaz ümumi daxili məhsuluna (ÜDM) nisbətdə 30%-ə çatıb. Bankların biznes krediti portfeli 16.2% artıb. Biznes portfelində kənd təsərrüfatı sektoruna verilmiş kreditlərin payı əvvəlki illərlə müqayisədə artıb və ötən ilin sonuna 12%-ə çatıb. Son 3 ildə isə bankların aqrar portfeli 62% və yaxud 500 milyon manatdan çox artıb", – deyə sədr müavini əlavə edib. / banker.az

Banklar     Tarix: 29 mart 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun investisiya online pul qazanmaq