Azərbaycanda "ChatGpt"nin fəaliyyəti məhdudlaşdırıla bilər

Azərbaycanda "OpenAI" ictimaiyyətə açıqlamasında, 13 yaşdan böyük şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş "ChatGpt"nin şəxsi və məxfi məlumatları saxlamadığını bildirib. Ölkənin kibertəhlükəsizliyi ilə məşğul olan qurumlar tərəfindən hər hansı bir risklər aşkarlanarsa, "ChatGPT"nin Azərbaycanda fəaliyyətinə məhdudiyyət qoyula bilər.
Bu barədə "ChatGpt"nin ölkədə azyaşlıların məlumatlarına çıxışının olub-olmaması ilə bağlı Azərbaycan Süni İntellekt Laboratoriyasından deyilib.
Laboratoriyadan bildirilib ki, "ChatGPT" əldə etdiyi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən normalara riayət edir: "Süni intellekt botunun yaradıcıcısı olan "OpenAI" ictimaiyyətə açıqlamasında bildirib ki, "ChatGpt"nin məqsədi ümumi məlumatlar əsasında istifadəçilərin suallarına cavab vermək, prosesləri sürətləndirməkdir".
Yeniyetmələr də daxil olmaqla bütün yaş təbəqələrində olan istifadəçi məlumatlarını topladığı üçün İtaliyada "ChatGpt"nin fəaliyyəti qadağan olunub. Laboratoriyadan bildirilib ki, artıq Azərbaycanda da bu sahədə risklərin qarşısının alınması istiqamətində müvafiq monitorinqlər aparılır: "ChatGpt"də məxfliyin və yaxud kibertəhlükəsizlik qaydalarının pozulması halları aşkar olunarsa, müvafiq tədbirlər mütləq görüləcək".
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosasiyasının idarə heyətinin sədri Elvin Abbasov bildirib ki, "OpenAI"nin yaratmış olduğu "ChatGpt" və ya digər süni intellekt tətbiqləri ölkələrə görə xüsusi yanaşma sərgiləmirlər: "Bəli, etiraf etməliyik ki, "ChatGpt" ilə bağlı müəyyən təhlükələr var. "ChatGpt"dən məlumat almaq üçün təbii ki, ona müəyyən məlumatlar da verməlisən. Yəni bizim ona verdiyimiz suallar əsasında "ChatGpt" haqqımızda müəyyən məlumatlar toplayır".
"Azərbaycanda hər hansı resursa çıxışda məhdudiyyət yoxdur. Yəni bizdə "ChatGpt"yə giriş əlçatan olacaq. Bundan başqa, internet resursları ilə bağlı qanunvericilik də tam təkmilləşdirilməyib. Düşünürəm ki, Azərbaycanda "ChatGpt"yə qadağa qoyulacağı ilə bağlı heç bir təəssürat yoxdur. Bunun yaxın gələcəkdə baş verəcəyini də proqnozlaşdıra bilmərəm. Çünki bunadək qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var", – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün bir sıra ölkələr "ChatGpt"nin fəaliyyətini məhdudlaşdırır. Bir müddət öncə İtaliyada "ChatGpt"yə qadağa tətbiq olundu. Buna səbəb "ChatGpt"nin yeniyetmələr də daxil olmaqla, hər kəsin məlumatlarını ələ keçirməsi olub. / banker.az

Xəbərlər     Tarix: 08 dekabr 2023

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari pul qazanmaq valyuta mezennesi