Azərbaycanda "E-KOB Evi" yaradılır

Azərbaycanda Azərbaycanda "E-KOB Evi"nin yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir.
KOBİA: "5 000 manata qədər olan bütün məhsulların ixracı gömrük ödənişlərindən azad ediləcək"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.
"Sürətlə inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tədbiqi prioritetlər sırasındadır. Bu baxımdan da rəqəmsal iqtisadiyyatın əsas komponenti olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, kibertəhlükəsizlik, elektron imza, rəqəmsal həllər və digər istiqamətlərdə görülən innovativ tədbirlər ölkəmizdə yeni bir inkişaf perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi imkanlarını artırır", - o vurğulayıb.
O. Məmmədovun sözlərinə görə, KOBİA da öz növbəsində biznes mühitinin yaxşılaşdırılması, tənzimləmə sisteminin effektivliyinin artırılması, müxtəlif dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi istiqamətində işlər aparmaqdadır: "Qeyd etmək istərdim ki, Agentlikdə sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlara göstərilən xidmətləri və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistem - "E-KOB evi portalı"nın yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir". (Report)

Biznes     Tarix: 04 dekabr 2024

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr


iqtisadi xeberler bitkoin qiymeti valyuta xeberleri bitkoin almaq kicik biznes