Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb

Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb"Azfinance İnvestisiya Şirkəti" QSC "Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.
Bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.
Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.
"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.
Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin ("Optimal Elektronika" MMC) məhsullarının satışını maliyyələşdirməsidir.
Məsələ ilə bağlı  açıqlama verən "Azfinance"ın direktoru İntiqam Səfərəliyev rəhbərlik etdiyi maliyyə qurumunun qərarını kiçik kreditləri maliyyələşdirmək istəyi ilə izah edib:
"BOKT almaqda əsas məqsədimiz elektronika məhsullarının satışına dəstək vermək deyil, sadəcə mikromaliyə sektorunda ən yaxşı işləyən sahədə - istehlak malları sahəsində olmaqdır. 5-10 dənə ayrı-ayrı şəbəkə ilə müqavilə bağlamaqdansa, bir şəbəkə ilə işləyən BOKT-un payını almaq yaxşıdır və bununla biz o sektora birbaşa girmiş oluruq. Nəzərə alsaq ki, adı çəkilən şəbəkənin illik dövriyyəsi 120-130 milyon manat çivarındadır, onun da 70-80%-i kreditlə satılanda, bizim aldığımız BOKT-un müştəri problemi olmayacaq".
© Report

Maliyyə     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"

"Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler avtomobil xeberleri kicik biznes valyuta mezennesi bitcoin