Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır.
Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda keçirilən tədbirdə bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Onun sözlərinə görə, kapital bazarlarının inkişafı ölkənin prioritet sahələrindən biridir.
"Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş aparılır. "Hüquqi bazanın yaradılması ilə yanaşı, bu sahədə institusional bazanın da formalaşdırılması vacibdir. Birjanın fəaliyyəti və onun üzvlərinin inkişafı bu prosesin ayrılmaz tərkib hissəsidir", - deyə S.Musayeva qeyd edib.
DVX-nin rəis müavini xatırladıb ki, kapital bazarının inkişafına dəstək məqsədilə 2023-cü il fevralın 1-dən etibarən, tənzimlənən bazarda ticarətə buraxılan səhm üzrə əldə edilən faiz, dividend və diskont gəlirlərinə 5 illik vergi azadolmaları tətbiq edilib: "Bundan əlavə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərinə uyğun olaraq, birjada ticarət olunan səhmlərin alqı-satqısını həyata keçirən və İPO-ya çıxan müəssisələrə investisiya marağını artırmaq üçün çevik vergi tənzimləmələri nəzərdə tutulur".
S. Musayeva əlavə edib ki, hazırda Dövlət Vergi Xidməti və Azərbaycan Mərkəzi Bankı kapital bazarları ilə bağlı hüquqi və institusional bazanın hazırlanması üzərində işləyir. "Bu hazırlıqlar tamamlandıqdan sonra İPO-ların vergi yolu ilə dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcəyik".
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?