Azərbaycanda iqtisadi artım cüzi olaraq qalır

Azərbaycanda iqtisadi artım cüzi olaraq qalırDövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 60 milyard 302,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artmışdır.
ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olmuşdur.
2023-cü ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artmışdır.
Sənaye məhsulunun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3,3 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 faiz, poliqrafiya məhsullarının istehsalı 34,3 faiz, kağız və karton istehsalı 31,8 faiz, içkilərin istehsalı 26,0 faiz, tikinti materiallarının istehsalı 24,1 faiz, maşın və avadanlıqların istehsalı 20,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,1 faiz, neft məhsullarının istehsalı 15,9 faiz, qida məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 10,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,6 faiz, mebel istehsalı 2,5 faiz artmış, elektrik avadanlıqlarının istehsalı 0,2 faiz, əczaçılıq məhsullarının istehsalı 13,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 faiz, geyim istehsalı 23,4 faiz, sair sənaye məhsullarının istehsalı 29,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 faiz artmışdır. / marja.az

Maliyyə     Tarix: 11 avqust 2023

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun