Azərbaycanda istehlak və ipoteka kreditlərinə tələb azalıb

Azərbaycanda istehlak və ipoteka kreditlərinə tələb azalıbMərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğunun nəticələrində sahələr üzrə, o cümlədən istehlak və ipoteka kreditlərinin təhlili verilib.
Sorğunun nəticələrinə əsasən 2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilmişdir. Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildirmişlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Respondentlər cari ilin IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalmışdır. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olmuşdur. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə bankın likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir etmişdir. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş vermişdir.
Sorğunun 2024-cü il III rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam etmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olmuşdur. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olmuşdur. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq. 
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olmuşdur. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir etmişdir.  / marja.az

Banklar     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd


iqtisadi xeberler biznes krediti dollarin kursu bu gun bu gunun xeberleri 1000 manatla biznes