Vətəndaşdan məktub var: Boş şeydi deyib, keçməyin

Vətəndaşdan məktub var: Boş şeydi deyib, keçməyinBu yazını elə özüm nəql edirəm. Ümid edirəm ki, bu məqaləm mediada paylaşılar və hər kəs bundan xəbərdar olar.
Mən Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin, görünüş olaraq yaşadıqlarıma görə çox yaş vermək olar.
Həyat yoldaşımı çox sevirdim, elə sevərək də ailə qurmuşduq. Evliliyimizin 1-ci ilində xəyalımızda olan evi tapdıq, gənc cütlük olaraq evi sərfəli şərtlərlə ipoteka krediti ilə götürdük.
Yoldaşım Salman karyerasında uğur qazanmış birisi idi. Məsuliyyətli idi, hətta gecələr də evdən işləyərdi. Mən isə ana olduqdan sonra karyerama fasilə vermişdim. Bilmirəm, bəlkə də yoldaşıma çox güvəndiyim üçün işləmək istəmirdim.
Evi ipoteka götürərkən, bank bizə "İpoteka Həyat Sığortası" təklif etmişdi. Mən həyata pozitiv yanaşan biriyəm, belə şeylərə əlavə xərc kimi baxırdım. Düzdü, ipoteka ilə mənzil alarkən bu sığorta növü məcburidir. Salman isə məndən fərqli olaraq, hər şeyi sığortalı etməyin tərəfdarı idi. "Birdən nəsə olar", "Hər ehtimala sığortalı olaq" – həmişə belə düşünürdü.
Salmanın işində davamlı olaraq səyahət etməsi lazım idi, mən isə çox zaman qızımla evdə tək qalırdım. Bu səbəbdən, Salmana mənzilin sığortalı olması güvən verirdi.
Bir gün Salman iş səyahəti üçün hava limanına gedərkən taleyin qəribə bir oyunu baş verdi. O, yol qəzasında həyatını itirdi. Avtomobil sağ tərəfdən güclü zərbə aldığı üçün Salman elə yerindəcə dünyasını dəyişmişdi. Salmanın yoxluğu hər tərəfdən məni dərin bir boşluğa salmışdı.
İtkidən sonra heç mənzilin sığortalı olduğu ağlıma da gəlmirdi. Məbləğ hədsiz dərəcədə çox idi, bir neçə ayı bağlamaq üçün mən zinyət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma bu həyat sığortası elə bir gündə, elə bir vəziyyətdə mənə dəstək oldu ki, bunun sözlə ifadəsi çətindir. Mənzilimizin qalan kredit borcunu həyat sığortası öz üzərinə götürdü.
Həmin dövrlərdə fikirlərim qarışıq idi, son zamanlar yaddaş problemi də yaşayırdım. Həyat sığortası şirkəti tərəfindən proseslərin necə getdiyini tam xatırlamıram, amma onu bilirəm ki, çox az bir müddətdə ipoteka kreditimiz şirkət tərəfindən ödənildi.
İpoteka krediti götürən bütün şəxslərdən bu həyat sığortasına önəm vermələrini rica edirəm. Boş şeydir deyib keçməyin, bəlkə də bu sizin həyat xilaskarınızdır.

Banklar     Tarix: 01 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes