Yelo Bank-da qadın sahibkarlar üçün "Tea Talk" görüşü keçirildi
®Yelo Bank qadın sahibkarların inkişafına və bilik mübadiləsinə xüsusi önəm verir, bu məqsədlə müxtəlif təşəbbüslərə dəstək göstərir. Bu dəfə Bank, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə növbəti "Tea Talk" görüşünə evsahibliyi etdi. Təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarların bir araya gəldiyi tədbir səmimi mühitdə təcrübə paylaşımı və peşəkar əlaqələrin qurulması üçün dəyərli imkan yaratdı.
Görüşün əvvəlində Yelo Bank qadın sahibkarlara özəl kredit məhsulu və digər bank xidmətləri barədə qısa məlumat təqdim etdi. Tədbirdə təlimçi Saday Əlverdiyev uzunillik təcrübəsinə əsaslanaraq təhsil sahəsində biznes idarəçiliyinin incəliklərini, real nümunələri və effektiv idarəetmə yanaşmalarını iştirakçılarla bölüşdü.
Müzakirələr zamanı təhsil sektorunda mövcud çağırışlar, inkişaf imkanları və əməkdaşlıq perspektivləri dəyərləndirildi. İştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq həm yeni ideyalarla tanış oldular, həm də təcrübələrini paylaşdılar.
Yelo Bank üçün bu görüşlər qadın sahibkarların dəstəklənməsi və yeni əlaqələrin qurulması baxımından önəmlidir. Bank yaxın zamanda onların biznes fəaliyyətini gücləndirmək üçün xüsusi güzəştli şərtlərlə mikro kredit təqdim edib. Bu məhsul qadın sahibkarlara daha rahat maliyyə dəstəyi almaq imkanı yaradır. Kredit haqqında ətraflı məlumat: .
Kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


/ banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv