Azərbaycanda milyarder Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə - "STOP" QOYULDU
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu yaranıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373 071 AZN vergi borcu var.
Nizamnamə kapitalı 150 milyon manata yaxın olan "Aznar" QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.
"Aznar" QSC-nin tabeçiliyində fəaliyyət göstərən "AzNar Ferma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. "Aznar Ferma"nın 2940,02 manat borcu var.
1979-cu il təvəllüdlü Mehman Hacıyev "MEGAMIX ASIA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.
Xatıradaq ki, bir neçə il əvvəl "Aznar" QSC-nin "Grante Trading" filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.
Qeyd edək ki, bir müddət əvvəl Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan milyonluq avtomobillərə də həbs qoyulub.
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs
Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək
Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd
Pampers 23 milyard dollar qazanıb
ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr