Azərbaycanda neft hasilatı 7.5 faiz azalıb, qaz hasilatı isə 4.3 faiz artıb

Azərbaycanda neft hasilatı 7.5 faiz azalıb, qaz hasilatı isə 4.3 faiz artıbSənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Banker.az xəbər verir ki, sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, içkilərin istehsalı 27,5 faiz, poliqrafiya məhsullarının istehsalı 26,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 19,2 faiz, kağız və karton istehsalı 18,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, tütün məmulatlarının istehsalı 9,6 faiz, neft məhsullarının istehsalı 8,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, mebel istehsalı 5,7 faiz, əczaçılıq məhsullarının istehsalı 1,1 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, sair sənaye məhsullarının istehsalı 12,0 faiz, geyim istehsalı 13,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,0 faiz artmışdır.

Xəbərlər     Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler kicik biznes valyuta kurslari bu gunun xeberleri 1000 manatla biznes