Azərbaycanda neft hasilatı 8.4% azalıb, qaz hasilatı isə 3% artıb

Azərbaycanda neft hasilatı 8.4% azalıb, qaz hasilatı isə 3% artıbSənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29.6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2.8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7.4 faiz artmışdır.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Sənaye məhsulunun 70.4 faizi mədənçıxarma sektorunda, 24.4 faizi emal sektorunda, 4.5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8.4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2.9 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2.1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86.4 faiz, poliqrafiya məhsullarının istehsalı 50.5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49.9 faiz, kağız və karton istehsalı 40.4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32.9 faiz, içkilərin istehsalı 27.4 faiz, neft məhsullarının istehsalı 25.4 faiz, tikinti materiallarının istehsalı 18.8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16.5 faiz, qida məhsullarının istehsalı 13.3 faiz, hazır metal məmulatlarının istehsalı 9.7 faiz, maşın və avadanlıqların istehsalı 9.0 faiz, kimya sənayesi məhsullarının istehsalı 8.9 faiz, tütün məmulatlarının istehsalı 8.4 faiz, mebel istehsalı 4.4 faiz, elektrik avadanlıqlarının istehsalı 2.4 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0.4 faiz, əczaçılıq məhsullarının istehsalı 16.4 faiz, sair sənaye məhsullarının istehsalı 18.7 faiz, geyim istehsalı 28.4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 30.6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37.9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40.1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5.5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16.5 faiz artmışdır.

Xəbərlər     Tarix: 13 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri internetden pul qazanmaq kripto