Azərbaycanda neft-qaz şirkətinin rəhbərliyinə təyinat

Azərbaycanda neft-qaz şirkətinin rəhbərliyinə təyinatOrxan İsmayılov 1 avqust 2023-cü il tarixindən etibarən GL-in Baş icraçı direktorunun tabeliyində, "GL Technical Services" MMC-də İcraçı direktor vəzifəsinə təyin edilib və eləcə də İdarə Heyətinin üzvü seçilib.
Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.
Neft-qaz sənayesi üzrə 20 illik zəngin beynəlxalq təcrübəyə malik Orxan İsmayılov Azərbaycanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının hasilatın pay bölgüsü sazişləri üzrə böyük tikinti sahələrində çalışıb. O, Anqola, Avtrsaliya, Malayziya, Birləşmiş Krallıq və Cənubi Koreyaya təyinatlarda beynəlxalq miqyasda geniş təcrübə qazanıb.
Zəngin iş təcrübəsinin böyük hissəsində "McDermott", "Technip", "Saipem", "Amec" və "Wood Group" kimi mühəndislik, təchizat, tikinti və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış podratçı şirkətlərdə, eləcə də, 6 il "Chevron" şirkətində rəhbər vəzifələrdə çalışıb.
"GL Technical Services" MMC-dən əvvəl, "Wood Group" şirkətində Layihələrə Nəzarət və Satınalmalar üzrə menecer vəzifələrində fəaliyyət göstərib və şirkətin daxilində Biznesin İnkişafı və Kommersiya işlərinə rəhbərlik edib.
Orxan İsmayılov, "Kadrların Milliləşdirilməsi" proqramlarının fəal təbliğatçısı olmaqla yanaşı, müştəri məmnunluq səviyyəsinin inkişaf etdirilməsi və kollaborativ səmərəlilik təşəbbüsləri ilə nəticələnmiş biznesin təkmilləşdirilməsi, strateji inkişaf və yeni texnologiyaların tədbiqi işlərinə rəhbərlik edib.
O, Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit üzrə magistr dərəcəsinə və Layihələrin idarə edilməsi və nəzarət üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir.

Xəbərlər     Tarix: 02 avqust 2023

Oxşar xəbərlər

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler biznes krediti valyuta kurslari bitkoin almaq iqtisadiyyat xeberleri