Azərbaycanda ötən il 65 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) 65 KOB subyektinə "Startap" şəhadətnaməsi verib.
FED.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ötən il 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla "Startap" şəhadətnaməsi almaq üçün KOBİA-ya ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası baxıb və seçim edib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır. Onların layihələri kənd təsərrüfatı, aqrar biznes, fintek, "yaşıl iqtisadiyyat" və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə "Startapın müəyyən olunması meyarları" təsdiq edilib. Qərara əsasən "Startap" şəhadətnaməsini 2021-ci ilin may ayından KOBİA verir.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
ƏDV geri al və onun üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?