Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğu

Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğuAzərbaycanda təhsil alan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqda təqsirləndirilən Pakistan vətəndaşı Mustafa Ghulamın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Tələbə kimi Bakıya pənah gətirən pakistanlı gəncin hansı üsulla oğurluq etməsi ictimaiyyətə qaranlıq qalıb.
KONKRET.az Lent.az-a istinadən həmin cinayət işi üzrə materialları təqdim edir.
İttihama görə, Mustafa Ghulam Pakistan vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib. O, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib.
Həmin hesablarda olan pul vəsaitləri ilə bir sıra internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını edib. Sonra qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pulla satışını həyata keçirib.
2022-ci ilin yanvar ayının ortalarından etibarən məhsulların bir hissəsini metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki mobil telefon satışı məntəqələrinə rəsmi sənəd əsasında orta bazar qiymətindən ucuz satıb. Nağd şəkildə əldə etdiyi pulun bir hissəsini qazanc kimi özünə götürüb. Digər hissəsini isə cinayətkar qrupun başqa bir üzvünə göndərib. Həmin məbləği müştərilərinin hesablarından pul vəsaitləri oğurlanmış xarici ölkə banklarının etiraz sorğusu əsasında geri qaytarılmasını təmin edib.
İş üzrə zərər ümumilikdə 228 418 manatdır.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mustafa Ghulam özünü təqsirli bilməyib. O bildirib ki, Bakıda Rəssamlıq Akademiyasında təhsil alır. Onun sözlərinə görə, Bakı şəhərinə həm işləmək, həm də təhsil almaq məqsədilə gəlib:
"2021-ci ilin oktyabr ayının əvvəllərində Bakıda həmyerlim Sohail Qasımla tanış oldum. 10-15 gün sonra Sohail Türkiyəyə getdi. O, Türkiyəyə getməzdən əvvəl mənə iş təklif etdi. Danışıq zamanı Sohail izah etdi ki, pul verib onlayn qaydada bank kartları alır. Həmin kartlardan da Bakı şəhərində yerləşən dükanlardan alış-veriş edir. Sohail mənə dedi ki, Londonda olan dostu onlayn qaydada sifariş verəcək, mən də gedib həmin məhsulu dükandan götürməliyəm.
Razılaşmaya əsasən, mən məhsulu satıb 5 faiz pulu özümə götürməli, qalan pulu isə Sohailə göndərməliydim. Tələbə olduğumdan pula ehtiyacım vardı, buna görə də Sohailin təklifi ilə razılaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Bakıda onlayn satış həyata keçirən dükanlardan aldığı məhsulları qəbul edib metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki telefon dükanına nağd qaydada satıb:
"Əldə edilmiş pul vəsaitini Türkiyədə İstanbul şəhərində yaşayan Sohailə göndərirdim. Pulun böyük bir hissəsi Sohailə çatırdı, bir hissəsini isə mən özümə götürürdüm. Bir müddət sonra pulları toplayıb Sohalinin tapşırığı ilə Bakıdan Pakistana gedən şəxslərlə ailə üzvlərinə yolladım. 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən Sohaillə birlikdə bu işlə məşğul olmağa başladıq. Əsasən elektronika mağazalarının saytlarından onlayn qaydada mobil telefonlar, qulaqcıqlar, makbuklar, notbuklar, PS4 oyun aparatı alırdıq. Məhsulları mənə kuryerlər gətirib müxtəlif ünvanlarda təqdim edirdi. İlk dəfədən məhsulları metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki dükana nağd qaydada satdığım üçün növbəti satışları da həmin dükana edirdim. Bundan əlavə, özüm başqa bir mağaza tapmışdım. Onlara aparıb məhsulları nağd qiymətə verirdim".
Mustafa Ghulam deyib ki, birinci dəfə Sohailin göndərdiyi ünvan ilə Nərimanov rayonu ərazisində yerləşən mağazanın kuryeri ilə görüşüb:
"Tanımadığım həmin kuryerdən 2 ədəd "Samsung Galaxy S21" mobil telefonu, 1 ədəd "Acer" markalı notbuku və bu kimi təxminən 20 000 manat dəyərində bir neçə məhsulu qəbul etdim. Sonra Sohail mənimlə telefonla danışdı. Dedi ki, metronun "Neftçilər" stansiyası tərəfdə telefon dükanlarına yaxınlaşım və həmin mobil telefonların, texniki cihazların ucuz qiymətə satışını həyata keçirim. Mən bir neçə dükanda qiymətlə maraqlandım, sonda isə iki dükana satdım.
Təxminən 70-80 min manat dəyərində məhsul satmışam. Həmin məhsullar dükandan onlayn qaydada baha alınırdı. Lakin, mən həmin malları dəyərindən ucuz satırdım. Buna görə də dəyəri təxminən 70-80 min manat təşkil edərdi. Həmin pulun 5 faizi mənim qazancım olub, qalan hissəsi Sohailə göndərmişəm. Sohailin Pakistanın ASCREE bankındakı hesabı vardı. Pulu həmin bank hesabına köçürürdüm. Kolumbiya, Kanada, ABŞ, Honq-konq vətəndaşlarına aid vətəndaşların hesablarındakı pul vəsaitlərinin oğurlanmasında məlumatım olmayıb. Lakin onlayn satış həyata keçirən dükanlardan məhsul qəbul edib satmışam. Sohail qəbzlərin fotoşəkillərini göndərirdi. Mən də kuryerdən hansı malı qəbul etdiyimi ondan bilirdim".
Məhkəmədə sualları cavablandıran Pakistan vətəndaşı bildirib ki, xarici vətəndaşlara aid bank kartı məlumatlarını kimin və hansı şəkildə ələ keçirildiyini bilməyib.
Mustafa Ghulam istintaqda və məhkəmədə verdiyi ifadələr ziddiyyət təşkil edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadələr elan olunub.
İstintaqdakı ifadəsindən məlum olub ki, təqsirləndirilən şəxs Sohail ilə danışıq zamanı "sən bu pulları haradan əldə edirsən" deyə soruşub. Sohail isə cavabında ona hakerlərin onlayn qaydada oğurlanmış bank hesablarını satdığını, həmin bank hesablarını pul ilə aldığını, burada heç bir problem olmadığını deyib. Sohailin danışığından belə məlum olub ki, o, xarici vətəndaşların bank kartı hesablarını oğurlayaraq pulları nağdlaşdırmaq üçün bu üsula əl atır və onlayn qaydada aldığı malları əldə edib satmaq üçün ona müraciət edir. O, Sohailin bu əməlini başa düşərək birlikdə işləməyə razılıq verib, satdığı hər mala görə 10 faiz pulu özünə qazanc kimi saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafa Ghulam 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə, həmçinin, qeyd edilib ki, təqsirləndirilən şəxs cəza müddətini başa vurandan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılmalıdır.

Xəbərlər     Tarix: 16 avqust 2022

Oxşar xəbərlər

İrlandiya ölkəmizdən neft alışını kəskin artırdı

Azərbaycandan İrlandiyaya 331 min 558 ton neft ixrac edilib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-sentyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, İrlandiyaya ixrac edilmiş nefti

Texnologiya şirkətləri süni intellekt xərcləri ilə bağlı narahatdırlar

İnvestorlar ABŞ-ın böyük texnologiya şirkətlərinin istiqrazlarını satmağa başlayıb. Bu, Silikon Vadisində süni intellekt (AI) xərclərinin sürətlə artmasının maliyyə bazarlarında narahatlıq yaratdığını göstərir. xəbər veri

Qazaxıstanın qızıl ehtiyyatları artıb

Qazaxıstanın qızıl ehtiyatları artıb. xəbər verir ki, artım təxminən 98 ton təşkil edib. Qazaxıstanın sənaye və tikinti nazirinin müavini İran Şarhan ölkə üzrə 103 növ faydalı qazıntı və təxminən 10 min yatağın dövlət uçot

Gömrük xətti ilə büdcə daxilolmaları azalıb

Gömrük xətti ilə büdcə daxilolmaları 4% azalıb. xəbər verir ki, bu, 2025-ci ilin yanvar-oktyabr aylarına məxsus göstəricidir. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu ilin ilk on ayında Dövlət Gömrü

Saytlara maliyyə dəstəyinin məbləği artırıldı

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb. xəbər verir ki, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlay

Vahid büdcə təsnifatı ilə bağlı qərar yenilənib

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. xəbər verir ki, Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Qərara görə, balıqçılıq v

Türkiyədən Suriyaya illər sonra fasiləsiz qaz ixracı reallaşdırılıb

Türkiyədən Suriyaya illər sonra kəsintisiz qaz ixracı reallaşdırılıb. xəbər verir ki, Suriyaya gündəlik 3,5 milyon kubmetr qaz ixrac edilir. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərə

Neftin qiyməti

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb. xəbər verir ki, Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelə olan qiyməti 1,66 ABŞ dolları və ya 2,5% artaraq 67,94 ABŞ dollarına bərabər olub

Türkiyədə ticarət satış həcmi illik 10,3%, pərakəndə satış həcmi isə 14,3% artıb

Türkiyədə ticarət satış həcmi sentyabrda illik 10,3% artıb. xəbər verir ki, 2025-ci ilin sentyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə ticarət satış həcmi 10,3% artıb. Eyni dövrdə motorlu nəqliyyat vasitələri və motosikletləri


iqtisadi xeberler dollar məzənnəsi dollar mezenne bu gunun xeberleri bank faizleri