Azərbaycanda qanuni yaşayan əcnəbilərin "SİMA İmza" əldə etməsi mümkün oldu

Azərbaycanda qanuni yaşayan əcnəbilərin ®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış "SİMA İmza" Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə öz fəaliyyət dairəsini genişləndirməyə davam edir.
Belə ki, Azərbaycanda daimi və müvəqqəti yaşamaq hüququ olan əcnəbi vətəndaşlar üçün biometrik əsaslı rəqəmsal imza olan "SİMA İmza"nı əldə etmək imkanı yaradılıb.
Artıq ölkəmizdə qanuni əsaslarla yaşayan (müvəqqəti və ya daimi yaşayış icazəsi vəsiqəsinə sahib olan) xarici vətəndaşlar heç bir xüsusi icazə almadan və ödəniş etmədən rəqəmsal imza əldə edə bilərlər. Rəqəmsal imzanı əldə etmiş əcnəbilər, Azərbaycan vətəndaşları kimi, "SİMA İmza"nın mövcud olduğu bütün xidmətlərdən faydalanacaqlar. Bununla da əcnəbilər həm ölkəmizdə, həm də xaricdə olarkən Azərbaycanın dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərindən (o cümlədən kommersiya fəaliyyəti ilə bağlı elektron xidmətlərdən) istifadə edə bilərlər.
"SİMA İmza"nın təqdim etdiyi bu yeni xidmətlər əcnəbi vətəndaşlar üçün bir çox imkanları daha əlçatan edəcək. Bunun üçün xarici vətəndaşların "SİMA İmza" mobil tətbiqini telefonuna yükləyib yaşayış icazəsi vəsiqəsi ilə qeydiyyatdan keçmələri kifayətdir.
"SİMA İmza" həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin "SİMA İmza"nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran "SİMA İmza" ölkəmizdə biznes proseslərini sürətləndirəcək. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 11 dekabr 2023

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari pul qazanmaq valyuta mezennesi