Azərbaycanda satılan lüks avtomobillərin sayı məlum oldu
2022-ci ilin birinci yarısında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, 6 marka üzrə satışların ümumi sayı 562 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.
"Mercedes" bu ilin ilk yarısında 191 ədəd satışla bazar üzrə liderliyini (34% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 30% azalıb.
Premium seqmentdə Yaponiya brendi "Lexus" Azərbaycanda satış həcminə görə (185 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 42%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 31% azalaraq 135 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin birinci yarısında Azərbaycanda 196 avtomobil sata bilmişdi.
Bu dövrdə "Audi"nin satışları 12,6% artaraq 98-ə, "Land Rover"in satışları 16,2% artaraq 86-ya, "Porsche"nin satışları isə 35% artaraq 58 ədədə çatıb.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml