Azərbaycanda sığorta haqlarının 81%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 81%-i 5 şirkətin payına düşürBu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 491 milyon 605 min manat sığorta haqqının 397 milyon 122 min manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (206 milyon 649 min manat), "PAŞA Sığorta" (120 milyon 607 min manat), "Atəşgah Həyat Sığorta" (25 milyon 687 min manat), "Qala Sığorta" (24 milyon 906 min manat) və "Xalq Sığorta" (19 milyon 273 min manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Meqa Həyat Sığorta" (881 min manat), "Naxçıvan Sığorta" (1 milyon 228 min manat), "Ata Sığorta" (2 milyon 351 min manat), "Bakı Sığorta" (3 milyon 119 min manat) və "Günay Sığorta" (3 milyon 411 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 10 milyon 990 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 83 milyon 493 min manat (17%) təşkil edib.
Sığorta ödənişlərinin 81%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 174 milyon 923 min manat sığorta ödənişinin 141 milyon 691 milyon manatı və yaxud 81%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (71 milyon 419 min manat), "PAŞA Sığorta" (36 milyon 1 min manat), "Xalq Sığorta" (12 milyon 179 min manat), "Atəşgah Həyat Sığorta" (11 milyon 682 min manat) və "Azərsığorta" (10 milyon 410 min manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Meqa Həyat Sığorta" (3 min manat), "İpək Yolu Sığorta" (112 min manat), "Xalq Həyat Sığorta" (136 min manat), "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" (186 min manat) və "Naxçıvan Sığorta" (222 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 659 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 32 milyon 573 min manat (18,6%) təşkil edib.
© "Renkinq" 

Maliyyə     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari