Azərbaycanda şirkətlərin sayı 9 faizdən çox artıb
2023-cü il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.470.553 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin yanvar – iyul ayları ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 169.751 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10 faiz artım qeydə alınıb.
2023-cü il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir. 2023-cü ilin yanvar – iyul ayları ərzində 9.133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,1 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 2023-cü ilin 7 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.262 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?