Azərbaycanda tibb sahəsində təhsil alan türk tələbələrin sayı açıqlanıb
Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər bir sektorda baş verən inkişaf səhiyyə sahəsində də özünü göstərir.
Bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
O bildirib ki, dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur.
"44 günlük Vətən müharibəsi dövründə Türkiyənin siyasi rəhbərliyi daim Azərbaycanın yanında olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda xəsarət alan 200-ə yaxın şəxs YAŞAT Fondunun təşkilatçılığı ilə Türkiyəyə göndərilib. Onların əksəriyyəti müalicəsini başa vuraraq ölkəmizə qayıdıb. Eyni zamanda Türkiyədə müalicə olunanlar arasında şəhidlərimizin ailə üzvləri də yer alır".
Nazir qeyd edib ki, ölkələrimiz arasında tibb təhsili ilə bağlı da birgə işlər aparılır.
"Hazırda Azərbaycan Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Azərbaycan Tibb Universitetində 700-dən çox türkiyəli tələbə və 10-a yaxın rezident təhsil almaqdadır. "TURKOVAC" vaksininin ölkə xaricində həyata keçirilən ilk klinik sınağı Azərbaycanda aparılıb. Ümid edirəm ki, əczaçılıq sektorunda və yeni dərmanların sınağında ölkələrimiz arasındakı əməkdaşlıq öz bəhrəsini verəcək".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Biznesə aid ən yaxşı 10 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Start-up nədir?