Azərbaycanda vençur maliyyələşmə şirkəti yaradılıb
Azərbaycanda yeni vençurmaliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb.
Biznes.az xəbər verir ki, bu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "White HillCapital" vençur fondu arasında baş tutub. Razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.
"Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. "White Hill Capital" vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib",-deyə müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək.
"White Hill Capital" vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb.
Nəzərə çatdıraq ki, "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı