Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər tətbiq edilə bilər
Azərbaycan qanunun tələblərinə əməl etməyən və ya əməl etməkdən boyun qaçıran virtual aktiv xidməti təminatçıların (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) fəaliyyətinə məhdudiyyətlər tətbiq edə bilər.
Bu barədə Maliyyə Monitorinqi Xidmətindən "OKX" və "ByBit" kriptobirjalarına girişin bloklanması ilə bağlı sorğunu cavablandırarkən bildirilib.
"Virtual aktiv xidməti təminatçıları maliyyə institutu olmaqla öhdəlik daşıyan şəxs statusuna malikdirlər. Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlər yaratdıqları müştərilərinə münasibətdə müştəri uyğunluğu tədbirləri (müştərilərin və onların benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin eyniləşdirilməsi və onların sənədlər əsasında verifikasiya edilməsi) tətbiq etməli, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə üçün daxili nəzarət proqramına malik olmalıdırlar.
Eyni zamanda, öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərinin tətbiqi çərçivəsində əldə edilmiş məlumatların Qanunla nəzərdə tutulmuş müddət ərzində saxlanılmasını, şübhəli əməliyyatlara dair maliyyə monitorinqi orqanına məlumat verilməsini, habelə nəzarət orqanlarının qanunla nəzərdə tutulmuş göstərişlərinə əməl edilməsini təmin etməlidirlər", – monitoriq xidmətindən bildirilib.
Virtual aktiv xidməti təminatçıları "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 1.1.12-ci maddəsinə əsasən virtual aktivlərin (kriptovalyuta və.s) digər əməliyyatlarla yanaşı alışı, satışı, mübadiləsi xidmətlərini göstərən şəxslər (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) hesab olunurlar.
Qeyd edək ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının göstərişi ilə Elektron Təhlükəsizlik Xidməti "OKX" və "ByBit" kriptobirjalarına giriş internet üzərindən bloklanıb. / banker.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
Dropshipping nədir?
SWIFT nədir?
Marketinq nə demədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes planı necə yazmaq lazımdır?