Azərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildi

Azərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildi®Oktyabrın son günlərində Apple yüksək sürətli M3 çipi əsasında yeni MacBook Pro və iMac seriyasını təqdim etdi. Noyabrın 17-dən Azərbaycanda yeni məhsulların satışına başlanılacaq. Ancaq artıq noyabrın 10-dan rəsmi resellerlər öncədən sifarişləri qəbul etməyə başlayıblar. Həmçinin alıcılar üçün öncədən sifariş dövründə və satışın başlandığı ilk üç gündə xüsusi təklif var: Birbank taksi kartları ilə 27 ay faizsiz taksit imkanı.
Yeni iMac və MacBook Pro-nun özəllikləri barədə daha ətraflı danışaq.
Azərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildiİnnovativ M3 prosessorları
Apple-ın yeni məhsullarının əsas elementi yeni M3 seriyalı prosessorlardır. Bunlar Apple brendinin tamamilə yeni texnologiyadan istifadə etməklə hazırlanmış ilk çipləridir. Yeni texnologiya sayəsində çiplər daha sürətli, daha güclü və enerjiyə qənaət edən olublar. Buna görə də, onlar istifadəçilər üçün daha çox imkanlar açır.
Apple ekspertləri bildirirlər ki, çiplər 30% daha səmərəlidirlər. Onların gücü həm də süni intellektlə bağlı proqramların hazırlanması üçün kifayətdir. Ancaq maşın öyrənməsi və ya buna bənzər bir şey etməyi planlaşdırmasanız belə, peşəkar proqramlar və oyunlarda iş sürəti, qrafika ilə işləyərkən yüksək performans və batareyanın ömrü sizi mütləq qane edəcək.
MacBook ProAzərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildiApple şirkəti M3 prosessoru ilə təchiz edilmiş 14 və 16 düymlük MacBook Pro-nun təqdimatı ilə peşəkar noutbuklar seriyasını yeniləyib. Kompüterlər 40% sürətləndi və 22 saata qədər şarj edilmədən işləyə bilir. Bu, innovativ inkişaflar sayəsində əldə olunan Mac tarixində ən uzun batareya ömrüdür. Yeri gəlmişkən, noutbuklar enerji mənbəyinə həm qoşulmuş, həm də qoşulmamış halda eyni sürətlə işləyir.
Dəyişikliklər arasında həmçinin M3 Pro və M3 Max çipli modellər üçün əlçatan olan 20% daha parlaq Liquid Retina XDR displeyi və yeni Space Black rəngi var.
iMac
Azərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildiHeç kimə sirr deyil ki, Apple all-in-one kompüterləri yaradıcı iş üçün ən çox istifadə olunur. İndi siz bunu daha sürətli və daha səmərəli edə bilərsiniz, çünki iMac-in yeni versiyası həm də innovativ M3 prosessoru ilə təchiz olunub. Bunun sayəsində məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkün oldu. Maksimum ayırdetmədə eyni vaxtda 12-yə qədər video axını emal etmək? Asanlıqla! Photoshop-da fotoşəkillərlə işinizi sürətləndirmək? Buyurun – iki dəfə daha sürətli!
Yeni məhsul 24 giqabayta qədər operativ yaddaşı və 2 terabayta qədər daxili yaddaşı dəstəkləyir. O, həmçinin Bluetooth 5.3 və Wi-Fi 6E dəstəyi ilə yenilənmiş rabitə modullarını aldı.

Siz orijinal "Apple" qadcetləri və aksesuarlarını Azərbaycanda rəsmi resellerlərdən ala bilərsiniz: "iSpace", "Kontakt Home", "Irshad", "Baku Electronics", "Bytelecom".
Yeni MacBook Pro və iMac-ları Apple-ın Azərbaycandakı rəsmi resellerlərindən sifariş edə bilərsiniz: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Myshops / banker.az

Xəbərlər     Tarix: 14 noyabr 2023

Oxşar xəbərlər

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler online pul qazanmaq kripto pul qazanmaq dollar kursu