Azərbaycandakı bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək? - Ekspertdən BƏDBİN PROQNOZ
Azərbaycanda hər ötən gün daha da genişlənən bahalaşma insanların sosial rifahına mənfi təsir göstərir. Dünyada gedən bu tendensiya ölkəmizdən də yan keçmir və demək olar ki, bahalaşma bütün sahələrdə müşahidə olunur. Belə ki, ərzaq qiymətlərindən tutmuş, xidmət sahələrinə qədər bütün sferalarda qiymət artımını görmək mümkündür. Bəs görəsən, bütün sahələrdəki bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycandakı bahalaşmanın əsas səbəbi xarici amillə əlaqədardır:
"Bu gün bütün dünyada bahalaşma müşahidə olunur. Xaricdən idxal olunan malların qiyməti də məhz buna görə artır. Təbii ki, daxili amillər də bahalaşmada mühüm rola malikdir. Ölkədə mövcud pul kütləsi şəraitində iqtisadi aktivlik aşağı düşüb, amma istehsal olunan mal və xidmətlərin həcmi azalıb. Yəni iqtisadi aktivlik zəifləyib. Buna görə də, bazardakı mal və xidmətlərin qiyməti artır. İnflyasiya əsasən bu iki amilə bağlıdır. Mərkəzi Bank hazırda pul kütləsi məsələsini həll etməyə çalışır. Ona görə də, son aylarda uçot dərəcəsini və məcburi ehtiyyat normasını artırır. Bu amillər məhz qiymət artımının qarşısını almaq üçündür və pul kütləsini azaltmağa hesablanıb".
Ekspertin sözlərinə görə, dövriyədəki pul həcmi azalmalıdır ki, qiymətlər artmasın:
"Mərkəzi Bank buna çalışır. Amma xarici amillər bahalaşmanın qarşısını almağa imkan vermir. Digər tərəfdən, Tarif Şurasının verdiyi qərarlar da bahalaşmaya təsir edir. Gələcəkdə bahalaşmanın azalması gözlənilmir. Artıq nəqliyyat sahəsində də bir sıra qərarların qəbul olunacağı açıqlandı. Bu xidmət növündə lisenziyaların verilməsinə başlanılsa, o zaman nəqliyyatda da qiymətlər artacaq. Yəni hər tərəfdən qiymətlər bahalaşır və azalma gözlənilmir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?