Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracında 11% artım qeydə alınıb
Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası da genişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 740.6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11 faiz artıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda pomidor ixracında 12.4%, xurma ixracında 14.7%, tütün xammalı ixracında 5.1 dəfə, pambıq mahlıcı ixracında 63.3% artım qeydə alınıb.
Bu müddət ərzində ölkəmizdən 142 milyon dollar dəyərində pomidor, 52.9 milyon dollar dəyərində xurma, 21.5 milyon dollar dəyərində tütün xammalı, 160.4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunub. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?