Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi təqribən 1 mlrd. m3-ə çatdırılacaq
Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin dördüncü rübündə Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alacaq.
Nazir əlavə edib ki, Macarıstan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və siyasi saziş qaz tədarükünün daha da artırılmasını bir milyard kubmetrə çatdırmağı nəzərdə tutur. Eyni zamanda Macarıstan rezervuarlarında 50 milyard kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma da əldə edilib.
O, həmçinin qeyd edib ki, Macarıstan qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və Ekvadordan neft idxalı imkanlarını nəzərdən keçirir.
Bundan əvvəl Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb. / banker.az
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə