Azərbaycandan xarici bazarlara pambıq mahlıcı ixracı 2 dəfə artıb
Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bBu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106,450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Yanvar - oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,417 milyon dollar təşkil edib.
Hazırda respublikada pambıq yığımı davam edir.
Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir.
Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13112 hektar) qeydə alınıb.
Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner).
Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir. ***** / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?