Azərbaycanın ali məktəbi Çin iniversiteti ilə müqavilə imzaladı
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İmzalanma SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevanın başçılığı ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində baş tutub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Çin Neft Universitetinin rektoru professor Vu Siaolin tərəfindən imzalanan müqavilə birgə tədqiqat fəaliyyəti, müəllim, tələbə, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutur.
Görüşdə Bakı Ali Neft Məktəbi və Çin Neft Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə əhəmiyyət verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-də təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
"iPhone 15" modelinin üstünlükləri
Ən bahalı otellər hansılardır?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?