Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: "Ermənistan sülh prosesini pozmağa çalışır"
Ermənistan sərhəddə təxribatlar törətməklə sülh prosesini pozmağa çalışır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Daimi nümayəndə Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlar barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat qrupları qaranlıq vaxtda dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təchizat yollarının minalanmasını həyata keçirib.
Y.Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın təxribatlarına cavab olaraq "adekvat və proporsional tədbirlər" görüb.
Daimi nümayəndə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayıb.
"Amma təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin bəyanatları həm onların münasibətlər qurmaq istəmədiyini göstərir, həm də Ermənistanın öhdəliklərini yerinə yetirməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz edən və bu ölkənin ərazisini 30 ildir işğal edən Ermənistan indi uzun illərdir ki, özünün pozduğu norma və prinsiplərdən danışır", – Azərbaycanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Ən bahalı otellər hansılardır?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Layihə menecmenti nədir?