Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağladı - VİDEO
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.
KONKRET.az-ın məlumatına görə, 30 yaşlı pəhləvan 55 kq çəki dərəcəsində ikiqat dünya çempionluğunu avqustun 19-da xəstəlikdən dünyasını dəyişmiş Vətən müharibəsi qazisi, polkovnik-leytenant Seymur Zülfüqarova həsr etdiyini bildirib.
Əzizli emosional durumunun səbəbini belə izah edib: "Bu qələbəmi çox önəmli şəxsə həsr etmək istəyirəm. Hansı ki, Müzəffər Ordumuzun qalib komandiri var idi. Mən yarışa gəlməmişdən 15 gün əvvəl qucağımda dünyasını dəyişdi. Polkovnik-leytenant Seymur Zülfüqarov da çempion olmağımı çox istəyirdi. Düşünürəm ki, sağ olsaydı, ən azı mənim qədər duyğulanar və fəxr edərdi".
Titullu idmançı 4 il əvvəl qazandığı dünya çempionluğu ilə indikini də müqayisə edib: "Birinci dəfə dünya çempionu olanda işin nə yerdə olduğunu tam bilmirdim. Amma 4 ildir ikinci dəfə dünya çempionu olmağı arzulayırdım. Sübut etmək istəyirdim ki, buna layiqəm. 4 il arzuladığım qələbəni Allah indi mənə nəsib edib. Bu il qatıldığım bütün yarışlarda maksimum nəticə vermişəm. Düşünürəm ki. bunların ardı gəlməlidir. Millətimizi medallarımızla daha da çox sevindirməliyik. Bu da mənə nəsib oldu. Bunun üçün nə qədər şükür etsəm, azdır".
30 yaşlı pəhləvan finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumiya ilə 9-cu dəfə üz-üzə gəldiyini xatırladıb: "Özümə inanırdım. Amma buna baxmayaraq o, dünya çempionudur. Görüşün həyəcanı var idi. İllərdir dünya çempionatının finalına çıxmağı arzulayırdım. Bu qələbə sevindiricidir. Səhviz mübarizə aparmaq üçün əlimdən gələni etdim. Heç kimə xal vermədən, hər görüşdə vaxtından əvvəl qələbə qazanaraq dünya çempionu oldum. Bu il bütün gücümüzü qoyduq. Allah bu çempionluğu bizə nəsib etdi".
Təcrübəli güləşçi olimpiya çempionu Fərid Mansurovun mundiallarda qazandığı nailiyyəti təkrarladığını xatırladıb: "Məhyəddin Allahverdiyev müstəqillik illərindən əvvəl 3 dəfə dünya çempionu olub. Hədəf ona çatmaqdır".

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
SMM nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznesə aid ən yaxşı 10 kitab
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Swift nədir?