Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə KOB-ların sayı 424437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8% çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3,4% artaraq 21,1 mlrd. manat təşkil edib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 800 nəfər olub. Bu isə 6,9% artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45,3%-ə yüksəlib.
Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.
Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
"Freelance" nədir?