Azərbaycanın qeyri-neft məhsulları ixracı üzrə gəlirinin 1/3-i Rusiyadan gəlir
Dövlət Gömrük Komitəsi qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələrin siyahısını dərc edib.
Marja.az xəbər verir ki, 2025-ci ilin 8 ayı (yanvar-avqust) ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 399 milyon 460 min dollar olub. İxracın 814 milyon 100 min dolları va ya 34%-i Rusiyaya, 394 milyon 548 min dolları və ya 16,44 %-i Türkiyəyə, 220 milyon 191 min dolları və ya 9,18 %-i İsveçrəyə, 216 milyon 377 min dolları və ya 8,79%-i Gürcüstana, 131 milyon 766 min dolları və ya 5,49%-i Ukraynaya həyata keçirilib.
2024-cü ilin 8 ayında Azərbaycanın 2 milyard 179 milyon 882 min dollarlıq qeyri-neft məhsulları ixracının 752 milyon 15 min dolları və ya 34,50%-i Rusiyaya ixrac olunmuşdu.
2025-ci ilin 8 ayı ərzində Azərbaycanın təkcə Rusiyaya qeyri-neft məhsullarının ixracının dəyəri Türkiyə, İsveçrə və Gürücstana ixracının cəmi dəyərinə yaxındır.
Azərbaycandan Rusiyaya qeyri-neft məhsulları ixracı 2025-ci ilin iyun ayında 143 milyon 124 min dollar, iyul ayında 130 milyon 614 min dollar, Avqust ayında 97 milyon 471 min dollar artıb. Beləliklə, son 3 ayda Azərbaycandan Rusiyaya qeyri-neft məhsulları ixracının artım sürəti yavaşlayıb.



AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?