Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olub

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olubİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın aprel  sayına dair ilkin göstəriciləri təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib. Cari ilin ilk üç ayında yeyinti məhsullarının ixracı 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon ABŞ dolları və ya 76,8%, kimya sənayesi məhsulları 21,9 milyon ABŞ dolları və ya 33,4%, şəkər 976,3 min ABŞ dolları və ya 18,8%, meyvə-tərəvəz 20,8 milyon ABŞ dolları və ya 15,7%, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon ABŞ dolları və ya 10,2%, spirtli və spirtsiz içkilər 724 min ABŞ dolları və ya 5,7%, çay 74,1 min ABŞ dolları və ya 5,1%, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min ABŞ dolları və ya 4,2%, pambıq iplik 22,1 min ABŞ dolları və ya 0,4% artıb.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan aqrar məhsullar 12,3% artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 17,6% artaraq 69,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dolları təşkil edib. 
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olubAzərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olubAzərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olubAzərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olub/ marja.az

Maliyyə     Tarix: 08 aprel 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri biznes qurmaq bu gunun xeberleri