Azərbaycanın Rusiya ilə sərhəddinə TIR növbələrinin yaranmaması müzakirə edildi

Azərbaycanın Rusiya ilə sərhəddinə TIR növbələrinin yaranmaması müzakirə edildiİyunun 23-də Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.
XXX
Azərbaycan nümayəndə heyətinin növbəti ikitərəfli görüşü Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktoru Kenji Suvazono ilə keçirib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin daha da dərinləşdirilməsi, Orta Dəhliz boyu tranzit imkanlarının artırılması, gömrük dəyərinin müəyyənləşdirilməsi, potensialın gücləndirilməsi, informasiya texnologiyaları, ticarətin inkişaf etdirilməsi istiqamətində yeni alətlərin, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı məsələlər müzakirə olunub. 
XXX
Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Birləşmiş Ərəb Əmirlikləri Federal Gömrük İdarəsinin Baş direktoru Ahmed Abdullah Bin Lahej Al Falasi, eləcə də Dubay və Şarjah gömrük administrasiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə hər iki ölkənin gömrük orqanları arasındakı işgüzar münasibətlərin daha da gücləndirilməsi, əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin məlumat mübadiləsi, gömrük hüquqpozmaları, informasiya texnologiyaları, risklərin idarəolunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.  / marja.az

Maliyyə     Tarix: 24 iyun 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti