Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib

Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119  min ABŞ dolları olub.
Xatırladaq ki, 2024-cü ildə  Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 miilyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.
İxrac gəlirlərinin azalması neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirlərin 2024-cü ildəki 23 milyard 197 milyon 549 min dollardan 21 milyard 414 milyon 602 min dollaradək geriləməsilə əlaqədardır. 
Cəmi idxalın dəyərinin artması isə əsasən nəqliyyat vasitələri və onların hissələrinin, yeyinti məhsullarının idxalının artması ilə bağlıdır.
Azərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilibAzərbaycanın xarici ticarətində ağırlaşan vəziyyət - ixracı azalıb, idxalı artıb, müsbət saldo 8 dəfədən çox kiçilib

Maliyyə     Tarix: 23 yanvar 2026

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler bitkoin biznes xeberleri dollar mezenne pul qazanmaq