Azərbaycanlı iş adamına qarşı kriptovalyuta dələduzluğu - 20 MİLYON İTİRİB

Azərbaycanlı iş adamına qarşı kriptovalyuta dələduzluğu - 20 MİLYON İTİRİBTürkiyədə yaşayan azərbaycanlı iş adamı Murad Muradov kriptovalyuta dələduzluğuna görə 20 milyon türk lirəsi (2 milyon 318 min manat) itirib.
FED.az xəbər verir ki, yüksək gəlir əldə etmək məqsədi ilə bu işə sərmayə yatırıb.
Lakin sonradan investisiya etdiyi məbləği geri ala bilməyib.
Qeyd olunur ki, uzun illərdir Antalyada tikinti, qızıl sahəsində biznes fəaliyyəti ilə məşğul olan Muradov, bir müddət öncə villasını icarəyə götürmək istəyən Almaniya vətəndaşı və onun xanımı ilə tanış olub. Alman ər-arvad Murad Muradovdan kriptovalyuta mübadiləsinə pul yatırmağı təklif edib. İddiaya görə, Muradov, həmin şəxslərin mübadilə şirkətinə hissə-hissə 1 milyon 172 min dollar ödəyib. Muradov əldə edəcəyi əlavə qazancla torpaq sahəsi almaq niyyətində olub.
Bir müddət sonra isə həmin şəxs torpaq almaq üçün Muradova 800 min dollar göndərib. Daha sonra Almaniya vətəndaşı guya bu 800 min dolları özünün kimi göstərib və iş adamının xaricə getməsi fürsətindən istifadə edərək onun hesablarına girov əməliyyatına başlayıb. Xaricdəki hesablarından pul çıxara bilməyən və hesablarına həbs qoyulduğunu öyrənən Muradov şoka düşüb. Aldadıldığını anlayan Muradov, Türkiyəyə gələn kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə Şöbə İdarəsinə gedərək həmin şəxslərdən şikayət edib. 
"Bizim villalardan birini ofis kimi icarəyə götürüblər. Tanış olduq, bir ailə kimi idilər, ətrafa güvən verdilər. Dedilər ki, bilikləri çoxdur və kriptovalyutada işləyirdilər. Təzə olduqlarını və dünyada tanınmadıqlarını dedilər və mənə də sərmayə qoymağı təklif etdilər. Bu mövzudan çox məlumatlı olmadığımı desəm də, elə şeylər dedilər ki, inandım. Büdcə adı altında davamlı olaraq məndən pul aldılar. Satış günü sayt çökdü. Bu işin sonunda 1,2 milyon dollar sərmayə qoyduğumu anladım. Nə qədər etdimsə, pulumu geri çəkə bilmədim". - iş adamı açıqlamasında bildirib. 

Kriptovalyuta     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne


iqtisadi xeberler investisiya avtomobil xeberleri dollar kursu 1000 manatla biznes