Azərbaycanlı qadın sahibkar "Forbes"un  qonağı olub - FOTOLAR

Azərbaycanlı qadın sahibkar Azərbaycanın tanınmış qadın sahibkarlarından olan "Bloom Group" marketinq agentliyinin təsisçisi, "Femmes Digitales" qadın klubunun həmtəsisçisi və idarə heyətinin üzvü Səbinə Pərvizi beynəlxalq biznes jurnalı "Forbes"un Almatıda keçirilən illik "Woman Club" forumunda Azərbaycanı uğurla təmsil edib. 
FED.az xəbər verir ki, onun biznesin rəqəmsallaşması, qadın liderliyinin inkişafı, və süni intellektdən istifadə, onun faydalı və zərərli tərəfləri mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. 
Qeyd edək ki, Səbinə xanım müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan uğurlu iş qadınlarını  bir araya gətirən tədbirə ölkəmizdən dəvət olunan yeganə iştirakçıdır.
O, öz çıxışında kiçik və orta biznesin inkişaf etməsi, biznesin genişlənməsi və ölkə sərhədlərindən kənara çıxması üçün rəqəmsallaşmanın önəmindən danışıb, həmçinin KOB- ların rəqəmsallaşma səviyyəsini artırmaq üçün dövlət dəstəyinin zəruriliyini qeyd edib.
"Pandemiya dövründə rəqəmsallaşmanın zəruriliyini daha aydın gördük. Biz "Bloom Group" olaraq məhz rəqəmsallaşmanın hesabına həmin gərgin dövrü geridə qoya bildik və hətta müəyyən uğurlar əldə etdik. O zaman biz ölkədə ilk dəfə tədbirləri onlayn təşkil etməyə başladıq və bu, uğurlu oldu, nəticə etibarilə təkcə bir il ərzində 100-dən çox onlayn tədbir keçirdik. Məhz rəqəmsallaşma sayəsində bütün problemlərdən çıxış yolu tapdıq və çətinlikləri geridə qoyduq.
Biz bilirik ki, rəqəmsallaşma olmadan inkişaf mümkün deyil. Odur ki, rəqəmsallaşmanın önəmini nəzərə alaraq, biz "Femmes Digitales" olaraq Azərbaycan xanımlarının informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsinə çalışırıq. Bunun üçün biz regionlarda məktəbli qızlarla görüşür, onlara rəqəmsəmsallaşma ilə bağlı məlumat verir və onları İT sahəsində karyera qurmağa həvəsləndiririk", - deyə Səbinə Pərvizi vurğulayıb.   
Bundan başqa, "Bloom Group" marketinq agentliyinin təsisçisi və direktoru olaraq Səbinə xanım qadın liderliyinin inkişafı mövzusunda öz təcrübələrini bölüşüb.
"Mən əminəm ki, gələcək qadın liderlərindir. Çünki empatiya indi çox vacibdir və bu qadınlarda daha çox inkişaf edib. Biz mütləq emosional intellekti inkişaf etdirməli, onun üzərində işləməliyik. Bu, qadın liderlərin daha da artmasına nail olmaqda bizə kömək edəcək.
Yeri gəlmişkən bildirim ki, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən də İT-də qadın liderlərin sayı hər il artır. Azərbaycan bu sahədəki təcrübələrini digər ölkələrdə bölüşməyə hazırdır", - deyə azərbaycanlı sahibkar xanım qeyd edib.
İş-həyat balansının müzakirəsi zamanı isə o bildirib ki, qadınlar üçün ideal tarazlığı saxlamağın çox çətin olduğu müasir dünyada cəmiyyət cəmiyyət və dövlət qadınlara dəstək olmalıdır.
Yekun olaraq, sual-cavab sessiyasında müasir dövrün ən aktual mövzusu – Süni intellektdən istifadə müzakirə olunub. Səbinə xanım rəhbərlik etdiyi "Bloom Group" marketinq agentliyində ChatGPT-dən istifadə olunması ilə bağlı öz  təcrübələrini bölüşüb.
"Biz reallıqlara və tendensiyalara uyğunlaşır və öz fəaliyyətimizdə süni intellektdən istifadə edirik.  Bu, vaxta və insan resurslarına qənaət etməyə kömək edir. Komandam öz bilikləri və süni intellekt sayəsində indi daha çox iş görür. Bu da bizə rəqabətqabiliyyətli qalmağa imkan verir", - deyə Səbinə Pərvizi qeyd edib.

Biznes     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes