Azərbaycanlı yazıçının ilk nəşri cəmi 3-4 saata satılan kitabı Misirdə ərəb dilində nəşr olunub

Azərbaycanlı yazıçının ilk nəşri cəmi 3-4 saata satılan kitabı Misirdə ərəb dilində nəşr olunubTanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı "Abaddon" romanı Misirdə "Jusur Publishing" nəşriyyatı tərəfindən ərəb dilində çap olunub. 
Bu, R.Abdullaoğlunun ərəb dilində işıq üzü görən ilk kitabıdır. Kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxucuların diqqətinə təqdim olunub. 
"Abaddon" romanı Azərbaycanda 2018-ci ildə işıq üzü görüb və ilk nəşri cəmi 3-4 saata satılaraq bitib.
Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-nin ˝Readers" Favorite˝ beynəlxalq kitab müsabiqəsində münsiflərin rəyi əsasında maksimum bal toplayaraq "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib.
Qeyd edək ki, müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu "PEN America" yazıçılar birliyinin üzvüdür. Ədibin bir neçə kitabı ingilis, rus və türk dillərinə tərcümə edilib. İngilis dilinə tərcümə olunmuş əsərləri ABŞ-nin "IndieReader", "Kirkus", "Readers" Favorite" və "Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb. 
Azərbaycanda bir sıra dövlət qurumları tərəfindən mükafatlandırılan R.Abdullaoğlunun əsərlərinin motivləri əsasında bu yaxınlarda "Bu şəhərdə kimsə yoxdur" adlı serialın çəkilişlərinə də başlanılıb.  / marja.az

Maraqlı     Tarix: 29 yanvar 2024

Oxşar xəbərlər

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler leobank kart birbank rubl mezenne en son xeberler