Azərbaycanlıların da həvəslə getdiyi "Dubai Mall"ın müştəri sayı - REKORD VURDU

Azərbaycanlıların da həvəslə getdiyi 2023-cü ildə "Dubai Mall" dünyanın ən çox ziyarət edilən məkanı olub.
Niyə ticarət mərkəzində heç vaxt saat olmur – ALICILARA REAL DÜNYANI UNUTDURMAQ ÜSULLARI
FED.az xəbər verir ki, bu barədə "Dubai Mall" ticarət mərkəzinin nümayəndələri bəyan ediblər.
Bildirilib ki, ötən il ticarət mərkəzini rekord sayda - 105 milyon insan ziyarət edib. Bu da 88 milyon nəfərin olduğu əvvəlki illə müqayisədə 19 faiz çoxdur. Həmçinin qeyd edilib ki, belə inanılmaz göstəricilərdən sonra ticarət mərkəzi bütün dünyada ən çox ziyarət edilən məkana çevrilib.
Bundan başqa, dərc edilmiş məlumatlara görə, təkcə bu ilin ilk iki ayı ərzində 20 milyon insan "Dubai Mall"u artıq ziyarət edib. Bu da cari ilin də rekord il olacağından xəbər verir.
Ötən ildə və bu ilin əvvəlində ticarət mərkəzinə ziyarətin əsas amili tədbirlər və reklam aksiyaları, həmçinin mühüm bayram hadisələri və beynəlxalq şənliklər olub. Dubay Ticarət Festivalı, Dubay Qida Festivalı və məşhur 3 günlük super satış kimi əsas hadisələr ticarət mərkəzinin böyük izdihamı cəlb etmək qabiliyyətini bir daha nümayiş etdirib.
Qeyd edək ki, 2008-ci ildə açılan "Dubai Mall" dünyanın ikinci ən böyük ticarət mərkəzidir, onun sahəsi 1,2 milyon kvadratmetr təşkil edir. Burada 1200-dən çox pərakəndə satış məntəqəsi, o cümlədən iki böyük univermaq, həmçinin beynəlxalq mətbəxi ilə məşhur olan 200-dən çox restoran var. (Azərtac)

Biznes     Tarix: 07 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari