Azərbaycan şirkəti: "Təəssüf ki, filialımızı bağlamalı oluq"

Azərbaycan şirkəti: Azərbaycanda psixoloq məsləhətləri xidməti göstərən tanınmış şirkət "Narınc Psixologiya Mərkəzi" özünün Salyandakı filialının fəaliyyətin dayandırdığını elan edib.
"Narınc" Psixologiya Mərkəzində əməliyyat keçirildi - FƏALİYYƏTİ DAYANDIRILDI - VİDEO
Bu barədə FED.az-a şirkətdən bildirilib. "Təəssüflər olsun ki, Narınc Psixologiya Mərkəzimizin Salyan filialı fəaliyyətini müvəqqəti dayandırmalı oldu"-deyə açıqlamada bilirilir.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti "Narınc" Psixologiya Mərkəzinin Salyan filialında "əməliyyat keçirib". Xidmətin məlumatına görə, mərkəzin Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən binasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Pozuntuların 8 bəndlik siyahısını açıqlayan Xidmət bu pozuntulara görə, "Narınc" Psixologiya Mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul edib.
"Narınc" Psixologiya Mərkəzinin rəhbərliyi FED.az-a bildirib ki, bununla əlaqədar olaraq mərkəz özü də filialın fəaliyyətini dayandırmağı qərara alıb.
Mərkəz bildirir ki, aşkar edilən pozuntulara görə obyektin sahibi günahkardır: "Bu məsələ bizdən asılı olmayan səbəblərlə əlaqədardır. Mərkəzin binasını kirayə götürmüşdük və bu da o deməkdir ki, sənədləşdirmə işlərinə də binanın sahibi cavabdehdir.
Biz artıq burada iki il ərzində hərtərəfli peşəkar xidmət yarada bilmişdik, yüksək keyfiyyət və xidmətlərə görə Bakıdakı filiallarımızdan heç də geri qalmırdı.
Çox narahat olduğumuz məqam isə mərkəzimizdə terapiya görən uşaqlarımızla bağlıdır. Onların terapiyaları yarımçıq qaldı. Hazırda Salyan filialında terapiyası yarım qalan uşaqların digər fillarımızda seanslarını davam etdiririk. Ümid edirəm ki, Salyan şəhərində mərkəzimizin yenidən fəaliyyətə başlamasına nail ola biləcəyik".
"Narınc" şirkətinin rəhbərliyi sahibkarları obyekti icarəyə götürərkən ehtiyatlı və diqqətli olmağa çağırıb ki, sonradan belə hallarla rastlaşmasınlar: "Vurğulamaq istərdik ki, yer icarəyə götürərkən sahibkarlar diqqətli olsunlar, sənədlərə xüsusi diqqətlə baxılmalıdır. Düzdür müqaviləmiz var idi, amma sonradan bəlli oldu ki, bir qismi yanğın şərtlərinə cavab vermir".

Biznes     Tarix: 07 aprel 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne