"Azercell" 2 sərfəli kampaniyasına qoşulmaları dayandırır
22.12.2023-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Gözəl nömrələr" kampaniyasına və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Sərbəst tarifli gözəl nömrələr" kampaniyasına yeni qoşulmalar dayandırılacaq.
Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir.
Qeyd olunan tarixədək kampaniyalara qoşulmuş abunəçilərə kampaniyalar çərçivəsində təqdim edilən paketlərdən minimum istifadə müddəti ərzində və ya qoşulma imkanı həddində kampaniyaların mövcud şərtləri və qaydaları tətbiq ediləcək.
Özəl tarifli GÖZƏL NÖMRƏLƏR 39 AZN-dən başlayırdı. Abunəçilər tərəfindən seçilən gözəl nömrələr onlara GəncOl və ya Sərbəst tarif paketlərindən birinə 6-12 aylıq abunə ilə təqdim olunurdu.
İstənilən "Sərbəst" tarif paketinə qoşulan fakturalı xətt abunəçiləri seçdikləri gözəl nömrəni hədiyyə olaraq əldə edirlər. Tarifə ilk dəfə qoşulduqda birdəfəlik 50% güzəşt tətbiq olunurdu.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Swift nədir?
ƏDV geri al və onun üstünlükləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes nədir?