"Azercell"in törəmə şirkətinin rəhbəri dəyişib – təyinat
"Azercell Telekom" MMC-nin törəmə müəssisəsi "Azeronline LTD" Birgə Müəssisəsinin baş icraçı direktoru dəyişib.
Banker.az xəbər verir ki, Elxan Kərimov Teymur oğlu bu vəzifəyə təyin edilib.
O, bu vəzifədə Elçin Niyazov İsrail oğlunu əvəz edib.
Qeyd edək ki, Elxan Kərimov 2017-ci ildən şirkətin IT departamentinin direktorudur.
"Azeronline LTD" Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində "Azercell Telekom" tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan Azeronline fəaliyyətinə dial-up internet xidmətinin göstərilməsi ilə başlayıb.
Hazırda "Azeronline" həm fərdi, həm də korporativ müştərilərinə ADSL xidməti ilə yanaşı, müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri də təqdim edir. Şirkətin müştəriləri iri şirkətlər, banklar, eləcə də dövlət qurumlarıdır.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin