Azerconnect şirkəti nüfuzlu Stevie®mükafatına layiq görülüb

Azerconnect şirkəti nüfuzlu Stevie®mükafatına layiq görülüb®Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect icra etdiyi innovativ layihələrə görə bir neçə kateqoriya üzrə nüfuzlu Stevie® mükafatına layiq görülüb. 
Belə ki, Azerconnect həyata keçirdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, "FLEXcellence:Hybrid Working" proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də "Hybrid Leadership" proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.
Bu mükafatlar insan resursları nailiyyəti kateqoriyasında Ən yaxşı işəgötürənlər (Stevie® Awards for Great Employers) üçün səkkizinci illik Stevie® Mükafatları çərçivəsində təqdim olunub. "Stevie® Awards for Great Employers" dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır.
Qeyd edək ki, "Stevie® Awards for Great Employers"ın məqsədi dünyanın ən yaxşı işəgötürənləri və mükəmməl iş yerləri yaratmağa və idarə etməyə kömək edən insan resursları mütəxəssislərinin, komandaların, nailiyyətlərin və insan resursları ilə əlaqəli məhsul və təchizatçıların tanıdılmasıdır. 
Azerconnect şirkətinin icra etdiyi proqramlarla iki Gümüş və bir Bürünc mükafata layiq görülməsi şirkətin inklüziv təbiətə malik olduğunu sübut edərək öz əməkdaşlarını dəyərləndirməyə, müxtəlifliyi təşviq etməyə, məsafədən işin effektiv idarə olunmasına, eləcə də işçi qüvvəsində peşəkar inkişafı dəstəkləməyə sadiqliyini nümayiş etdirir.
Azerconnect haqqında:
Azerconnect şirkəti ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.  
Azerconnect insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu "Ən Yaxşı İşəgötürənlər İnstitutu" (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə "Ən Yaxşı İşəgötürən" sertifikatına layiq görülüb. Şirkət həmçinin bu il üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb.
Stevie® Awards haqqında:
Stevie® Awards səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və miqyasda təşkilatları və oradakı peşəkarların töhfələrini tanımaqla Stevie® dünya üzrə iş yerində üstün nailiyyətləri qiymətləndirir. / banker.az

Xəbərlər     Tarix: 19 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti