"AzerGold" şirkətinin ixrac gəlirləri 1 milyard manatı ötüb
Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi ümumi vəsait 1 milyard 716 min 495 manata çatıb.
Bu barədə Marja-ya "AzerGold"dan bildirilib.
Qeyd edilib ki, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3.7 min unsiya qızıl, 11.4 min unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12.8 milyon manat satış gəliri əldə edilib. Bununla QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində ixrac edilən qızılın həcmi 361.9 min unsiya, gümüşün həcmi isə 723.5 min unsiyaya çatıb.
İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin ümumi satış gəlirləri 1 milyard 42 milyon manatı üstələyib. Belə ki, ötən dövr ərzində 11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib.
Qeyd edək ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – "Çovdar" qızıl yatağının istismarı ilə yola çıxan "AzerGold" QSC ötən 7 il ərzində "Çovdar" yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə "Ağyoxuş-1" qızıl mədənində istismar işləri tamamlanıb, "Çovdar", "Mərəh" və "Tülallar" mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq "AzerGold" QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?