"Azərkosmos"a yeni səlahiyyət verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən birbaşa yer stansiyası vasitəsilə mülki təyinatlı ilkin informasiyaların qəbulunu həyata keçirəcək.
Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, "Azərkosmos" mülki təyinatlı ilkin informasiyaların qəbulunu aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə həyata keçirəcək:
– Sintez olunmuş aperturalı (SAR) radar müşahidə cihazı olan kosmik obyektdən 0.5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
– Digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0.5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
– Optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
– Optik müşahidə cihazı olan kosmik obyektdən panxromatik (PAN) spektrdə 0.5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
– Müşahidə cihazı olan kosmik obyektdən spektrin digər növlərində 0.5 metr və daha yüksək ayırdetməli ilkin informasiya.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes plan necə yazılır?
Biznes təlimlər və tədris üsulları
Evdə biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri