"Azərkosmos"un fəaliyyətləri genişləndirildi
Azərbaycan Respublikasının Kosmik Agentliyi publik hüquqi şəxsin Nizamnaməsində dəyişiklik edib.
Biznes.az xəbər verir ki bu barədə Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə görə, qurum milli kosmik operator funksiyalarını həyata keçirən publik hüquqi şəxsdir.
Azərkosmosun fəaliyyətləri
Eyni zamanda "Azərkosmos"un fəaliyyət istiqamətləri də genişləndirilib. Məsələn:
kosmik fəzada fəaliyyətin əlaqələndirilməsi və o fəaliyyəyə texniki nəzarət.
Azəbaycan Respublikasının və həmçinin xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək
Kosmik obyeklərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, Ay və digər səma cisimləri də daxil olmaqla kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında təhlükəsizlik üçün kosmik obyektin müvəqqəti idarə edilməsi və s
Bunlarla yanaşı qurumun vəzifələri sırasında kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması, başqasıma keçməsi və xitam verilməsinin kosmik obyektlərin dövlət reyrstrində qeydiyyata alınması üçün tədbirlər görmək yer alır.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv